17.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 16.11.2022 -ci il tarixdə 17 Noyabr "Milli Dirçəliş Günü"nə aid "Meydandan başlayan uğurlu yol" başlıqlı şer saatı keçirtdi.Tədbirdə kitabxanaçı Mehriban Məmmədzadə söylədi ki,17 noyabr dövlətimiz və xalqımız tərəfindən hər il "Milli Dirçəliş Günü" kimi qeyd edilir və bu haqda ətraflı məlumat verdi: Meydan hərəkatı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün başlamışdırsa tezliklə Azərbaycanı müstəqilliyə çağıran şüarlara keçdi. Meydanda AXC Cümhuriyyətinin üçrəngli bayrağı dalğalandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o , azad olmağa layiq xalqdır. Azərbaycan xalqının milli dirçəliş günü görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə 19 və 24 nömrəli tam orta məktəbin şagirdləri vətənimizə ,qələbəmizə aid şeirlərlə çıxış etdilər. Tədbiri keçirtməkdə məqsədimiz bu tarixi hadisənin , oyanış gününün xalqımız üçün çox böyük əhəmiyyəti olduğunu gələcək nəsilə ötürməkdir.